Uyğunluq sertifikatları

“Techmarine Ltd” şirkəti 1997-ci ildə təsis edilmiş və fəaliyyətə başlamışdır və bu günə qədər öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.

Şirkət əsasən hər tip gəmilərin təmiri, kiçik və orta ölçülü gəmilərin, pontonların, üzən körpülərin və barjaların tikintisi, quraşdırılması və sair gəmiçilik işləri üzrə fəaliyyət göstərir.

“Techmarine Ltd” şirkəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyqun və Beynəlxalq Dəniz Təşkilatının Tələbləri (İMO) daxilində fəaliyyət göstərir və aşağıda göstərilən sənədlərə malikdir.

  • Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən verilib: “Tanınma Haqqında Şəhadətnamə”
  • Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza verilib:- “ EKOLOJİ PASPORT ”
  • Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə-Sınaq Mərkəzində (AzTEST) verilib: - Ölçü cihazları və Avadanlıqlara verilən müvafiq “Şəhadətnamə”
  • Rusiya Dəniz Gəmiçiliyi Registri tərəfindən verilib: - “Şirkətin Uyğunluq Şəhadətnaməsi"
  • Rusiya Dəniz Gəmiçiliyi Registri tərəfindən verilib: - “Taninma Şəhadətnaməsi”
  • Rusiya Dəniz Gəmiçiliyi Registri tərəfindən verilib: - “Sınaq Laborotoriyasının Tanınma Şəhadətnaməsi”

”Techmarine Ltd” şirkətinin malik olduqu “Şəhadətnamələr” Xəzər Dənizi hövzəsində və digər dənizlərdə fəaliyyət göstərən Beynəlxalq Dəniz Təşkilatına (İMO) daxil olan TƏSNİFAT CƏMİYYƏTLƏRİ ilə işləmək hüququ verir.

  • - Böyük Britaniya - “LIoyd Register -(LR); *
  • - Amerika Gəmiçilik Bürosu- Amerikan Bureau of Shipping- (ABS); *
  • - Norveç –Det Norske Veritas-(DNV);*
  • - Almaniya Loydu-Germanisher LIoyd- (GL);
  • - Fransa- Bureau Veritas (BV);*
  • - Böyük Britaniya Gəmiqayırma Mühəndisləri Cəmiyyəti - Royal Institution of Naval Architects-(RINA)
  • - Koreya Standartlaşdırma Cəmiyyəti- Korean Register of Shipping (KR);
  • - Çin Təsnifat Cəmiyyəti – China Classification Society (CCS);
  • - Rusiya Dəniz Gəmiçiliyi Registri - Russian Maritime Register of Shipping (RMRS) *