Şirkət haqqında

“Techmarine Ltd” şirkəti ixtisaslaşmış gəmi təmiri müəssisəsidir, aşağıda adı çəkilən işləri zəmanət verməklə tezliklə və keyfiyyətlə yerinə yetirir:
  • Şirkət hər tip gəmilərin əsaslı və dok (üzən tərsanə) təmiri- gəmi gövdəsi və konstruksiyalarının qusurlanması, qumla (sandblasting) və ya yüksək təzyiqli su şırnağı ilə təmizlənməsi –(Standart SA 2,5) və havasız rənglənməsi;
  • “Simplex- compakt” və “Cederval” tipli və sadə Sukan-pər komplekslərinin təmiri və tənzimlənməsi;
  • Gəmilərdə qoyulan baş və köməkçi Daxili yanma mühəriklərinin və onların avtomatik idarəetmə sistemlərinin hər növ təmiri və tənzimlənməsi;
  • Köməkçi mexanizmlərin və onların idarə etmə avtomatikasının (kompressorların, separatorların, nasosların, elektrik generatorlarının və mühərriklərinin, buxar qazanlarının, hidravlik yük qaldırıcı kranların, hidravlik mexanizmlərin və onların sistemlərinin, gəmi boru sistemlərinin, elektrik mexanizmlərinin və kabel xəttlərinin, radio-naviqasiya, peyk rabitə sistemlərinin) təmiri, tənzimlənməsi və müayinəsi.
  • Gəmilərə digər Texniki xidmətlərin və əsaslandırılmış Texniki tövsiyələrin verilməsi;
  • Gəmilər üzrə Lahiyə-Konstruktor işlərinin görülməsi;
  • Təklif olunan xidmətlər icarəyə götürdüyümüz korpülərdə, icarəyə götürdüyümüz dok-da- (üzən tərsanə- yük qaldırma Q=4000 ton; uzunluqu L=110 m; eni B=18.6m.)
  • Şirkət fərdi avtomobil parkına /sərnişin, yük-sərnişin, yük avtomobillərinə , tırtıllı və təkərli traktorlara, özü yeriyən yük qaldıran mexanizmlərə (avtokar) və stasionar quraşdırılan yük qaldırıcı kranlara, istənilən yerə qoyulan dizel-generatorlara və kompressorlara, gəmi yük qaldıran mexanizmləri və qaynaq yerlərini sınaqdan çıxardan cihazlara, hər növ hidropresslərə, hər növ alətlərə və avadanlıqlara malikdir.
  • Göstərilən Ölçü cihazları və Avadanlıqlar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə-Sınaq Mərkəzində (AzTEST) ildə bir dəfə sınaqdan keçirilir və müvafiq “Şəhadətnamə” alınır.
ŞİRKƏTDƏ İŞ - İSEHSALAT STRUKTURU AŞAĞIDAKI KİMİDİR:
  • Dok-gövdə işləri bölməsi - (gəmi su, yağ, yanacaq çənlərini-anbarlarını təmizləyənlər qrupu; gövdə - metal səthini təmizləyib rəngləyənlər qrupu; gəmi - gövdə üzrə çilingərlər və elektrik-qaz qaynaqçıları; Gövdə üzrə mühəndis - texnoloq, İş icraçısı);
  • Gəmi Daxili yanma mühərrikləri və köməkçi mexanizmlər bölməsi -( daxili yanma mühərrikləri və köməkçi mexanizmlər üzrə çilingərlər, boru sistemləri üzrə çilingərlər; Mexaniki hissə üzrə mühəndis-texnoloq, İş icraçısı);
  • Elektrotexniki bölmə (generator, elektrik mühərrikləri, elektrik avadanlıqları, elektrik-kabel xətləri, peyk-rabitə, radio-naviqasiya üzrə çilingər - tənzimləyici - quraşdırıcılar, Elektrotexniki hissə üzrə mühəndis - texnoloq , İş icraçısı);
  • Əlavə olaraq “Techmarine Ltd” şirkəti Beynəlxalq Dəniz Konvensiyasının “SOLAS-74” tələblərinə uyğun olaraq Gəmilərin və Gəmilərin güc qurğularının texniki - istismarını və zəmanətli texniki xidmətlərini həyata keçirir;
  • “Techmarine Ltd” şirkəti öz müştərilərinə gəmilərin müvəqqəti və ya qışı keçirmək üçün körpülər, yüklərin və konteynerlərin saxlanılması üçün mühafizə olunan bağlı və açıq meydançalar, yük daşıyan müxtəlif tonnajlı gəmilər, dalğıc işləri və s. təklif edir.